Rail Məlikov atasının xəstəxanada ölümündən danışdı: “Tanrı iki itkini bizə yaşatmadı”

Millimizin sabiq futbolçusu Rail Məlikova ciddi itki verib. Onun atası Nadir Məlikov rəhmətə gedib.

“Keşlə” klubunda oynayan məşqçi funksiyasını icra edən Rail bu barədə Oxu.Az-a açıqlama verib:

“Anam və atam koronavirusa yoluxdular. Bir həftə ev şəraitində müalicə etməyə çalışdıq. Vəziyyətləri pis olduğundan, hər ikisini Zığdakı Modul Tipli Xəstəxanaya yerləşdirdik. Atamın saturasiyası qaydasına düşsə də, böyrəyi fəaliyyətini dayandırdı. ECMO cihazına qoşulsa da, xeyri olmadı. Bu gün səhər atamı itirdik.

Şükür Allaha ki, anamın vəziyyəti yaxşıdır. Tanrı iki itkini bizə yaşatmadı. O artıq üç günə evə buraxılmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.