Xalq artisti Briliant Dadaşova yeni şəkillərini yayımlayıb.

BAKU.WS xəbər verir ki, instaqram hesabında yeni fotolarını paylaşan Dadaşova fotoşopdan istifadə etmədiyini bildirib.

Xalq artisti bu fotoları ilə fotoqraflara ismarış da göndərib:

“Əziz fotoqraflar, bundan sonra gözün altını fotoşopla “Botoks” etməyin. Lazım olsa həkimlər özüləri edərlər! Gözün altında cizgilər sadəcə robotlarda olmur”.

Dadaşovanın sosial şəbəkədə yayımladığı yeni şəkilləri izləyiciləri tərəfindən rəğbətlə qarşılanaraq marağa səbəb olub.

BAKU.WS

QALEREYA