128 ilin rekord şaxtası qeydə alınıb

Rusiyanın Sankt-Peterburq şəhərində 20,9 dərəcə şaxta qeydə alınıb.

BAKU.NEWS xəbər verir ki, bu göstərici 1893-cü ildən bəri qeydə alınan ən yüksək göstərici olub.

Bu barədə rusiyalı sinoptik Mixail Leus öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, 128 il əvvəl Sank-Peterburqda mənfi 20,5 dərəcə temperatur qeydə alınmışdı.

Bu gün ərzində şəhər ərazisində 18 dərəcəyədək şaxtanın olacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.