Cüdo Federasiyası və Olimpiya mükafatçımız İstanbulda təltif edildi – FOTO

Türkiyənin İstanbul şəhərində Avropa Cüdo Birliyinin (ACB) 73-cü Konqresi keçirilib. Tədbirdə Azərbaycanı Cüdo Federasiyasını (ACF) vitse-prezident Elnur Məmmədli və baş katib Rəşad Rəsullu təmsil edib.

Oxu.Az xəbər verir ki, qəbul edilmiş önəmli qərarlardan biri ACB-nin hüquqi qeydiyyatının və mərkəzinin Maltadan Avstriyaya keçirilməsi olub.

Konqresin sonunda keçirilən təntənəli mərasim zamanı Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazanmış Avropa ölkələrinin federasiyaları, o cümlədən Azərbaycan Cüdo Federasiyası “ACB Olimpiya Mükafatı – Tokio-2020” ilə mükafatlandırılıb. Mükafat ACF-nin vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədliyə təqdim olunub.

Eyni zamanda, Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış xanım cüdoçumuz İrina Kindzerskayaya da ACB-nin eyniadlı mükafatı təqdim olunub və mükafatı onun adından ACF-nin baş katibi Rəşad Rəsullu qəbul edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.