Braziliyada iki körpəyə COVID-19 vaksini vuruldu; uşaqlar xəstəxanalıq oldu

Braziliyada iki körpəyə – iki aylıq qız və dörd aylıq oğlan uşağına səhvən koronavirusa qarşı “Pfizer” peyvəndi vurulub. Onlar vaksinə pis reaksiya veriblər, buna görə təcili olaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, analar uşaqları xəstəxanaya difteriya, tetanoz, göy öskürək, hepatit B əleyhinə kombinasiyalı peyvənd vurmaq üçün gətiriblərmiş.

Vaksindən sonra uşaqların temperaturu yüksəklib, istiliyi heç bir şəkildə azaltmaq mümkün olmayıb, qız isə qusmağa başlayıb.

Uşaqlar bir həftə xəstəxanada qalacaqlar, onlara hər 48 saatdan bir qan testi ediləcək, həmçinin elektrokardioqramma və exokardioqramma da olacaq.

Hazırda faktla bağlı inzibati araşdırma aparılır və peyvəndi vuran tibb bacısı müvəqqəti olaraq işdən uzaqlaşdırılıb.

Mənbə: Uol

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.