“İŞİD-i ABŞ yaradıb” – Rəisi

İran Prezidenti İbrahim Rəisi terror qruplaşması İŞİD-in ABŞ tərəfindən qurulduğunu iddia edib.

BAKU.NEWS xarici KİV-ə istinadən xəbər verir ki, Rəisi Tehrana səfər edən Əsəd rejiminin xarici işlər naziri Feysəl Mikdad ilə görüşündə bu barədə danışıb.

Rəisi görüşdə ABŞ-ın bölgədəki varlığınından danışıb.

“İŞİD-i ABŞ yaradıb. Bölgədə ABŞ və İŞİD-ə harada rast gəlinirsə, oradakı insanlar təhlükəsizlik və sabitlik baxımından böyük zərərlə üzləşirlər”, – Rəisi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.