Müğənni Zamiq Hüseynov 2022-ci ilin ilk solo konsertinə imza atacaq.

BAKU.WS xəbər verir ki, sənətçinin şəhid və qazi ailələri üçün nəzərdə tutulan “Var ol” adlı musiqili gecəsi yanvarın 7-də Heydər Əliyev sarayında reallaşacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək musiqili proqrama əsasən şəhid və qazi ailələri dəvətli qismində yer alacaqlar.

Satışa çıxarılan biletlərdən əldə olunacaq vəsait Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanan qazilərin və şəhid ailələrinin təminatına dəstək məqsədilə “Yaşat” fonduna ianə ediləcək.

BAKU.WS

VİDEO

QALEREYA