BƏƏ-də dövlət qulluqçularının iş həftəsi dəyişdirilir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yanvarın 1-dən dövlət qurumlarının iş qrafikini optimallaşdırmaq qərarına gəlib.

BAKU.NEWS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin milli xəbər agentliyi məlumat yayıb.

Qərara görə, hökumət rəsmiləri bazar ertəsindən cümə axşamına qədər, cümə günləri isə yarım gün işləyəcək.

Bununla yanaşı, bütün məktəblər eyni qrafikə keçəcək.

BƏƏ həftə sonlarını şənbə və bazar günlərinə keçirən ilk Körfəz ölkəsi olacaq. Əmirlik həm də dünyada 5 günlük iş həftəsini rəsmi şəkildə tətbiq edən ilk ölkədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.