Böyük Britaniya Ukraynaya hərbi yardımı artıracaq

Britaniya Xarici İşlər Nazirliyi Ukraynaya hərbi yardımın həcmini artırmaq niyyətində olduğunu açıqlayıb.

Bu barədə Ukrayna sərhədləri yaxınlığında vəziyyətlə bağlı ölkə parlamentinin fövqəladə sessiyasında çıxış edən xarici işlər nazirinin müavini Viktoriya Ford bildirib.

“Biz Ukraynanı dəstəkləyirik. Ukraynaya özünü müdafiə etmək üçün müstəsna olaraq müdafiə dəstəyini genişləndirməyi düşünürük”, deyə o, bəyan edib.

Nazir müavini həmçinin Rusiyanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.

“Biz Rusiya hökumətini beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. İstənilən hərbi müdaxilə Rusiya üçün strateji səhv olacaq. Hərbi müdaxilənin qarşılığı fəlakətli dərəcədə yüksək olacaq”, – deyə Ford qeyd edib.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.