Fərid Qayıbov: “Əmək bazarına yeni atılan gənclər ziddiyyətli proseslərlə qarşılaşa bilərlər”

“Ölkə başçısının tapşırıqlarına əsasən “Kənd gənclərinin peşəkar inkişafı” və “Gənclərin elektron inkişafı” planı istiqamətində tədbirlər görülür.

Oxu.Az xəbər verir ki, bu sözləri Gənclər və İdman naziri Fərid Qayıbov “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gənclərin bilik və bacarıqlarının inkişafı istiqamətində aidiyyəti qurumlarla yanaşı nazirlik tərəfindən də bir sıra layihələr həyata keçirilir:

“Müasir bazar münasibətlərində karyera sahəsində tələblər dəyişir və bu da əmək bazarında rəqabət yaradır. Əmək bazarına yeni atılan gənclər bir sıra ziddiyyətli proseslərlə qarşılaşa bilərlər. Cəmiyyətin daim transformasiya olunduğunu və əmək bazarında rəqabətlərin artdığını unutmaq olmaz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.