“Orta məktəbdə oxuyanda məktəbimi dəyişdim, yəni orada “gəlmə” idim. 2-3 il o məktəbdə uşaqlar məni qəbul etmirdilər. Əlaçı idim, bu da onlara pis təsir edirdi. Atmacalar atırdılar, partamın üstünə adımı bəzəyib yazırdılar”.

BAKU.WS xəbər verir ki, bu sözləri “Üzə-düz” proqramına qonaq olan müğənni İlhamə Qasımova deyib. Sənətçi təhsil aldığı yeri dəyişdiyindən yeni sinif yoldaşlarının onu qəbul etmədiyini və ailədə maddi problemlər yaşadığını deyib:

“Oğlanlar arxamca düşüb xorla söz atırdılar, evə gəlib ağlayırdım. Sataşırdılar, qəbul etmirdilər. 20 ilə evimiz tikilib. Ailənin o qədər problemləri var idi ki… Gəlib valideynlərimə danışanda fikir vermirdilər, mənə də deyirdilər ki, baş qoşma. Mənim həyatımda elə şeylər olanda daha da güclü olurdum. Uşaqlarla da, 1-2 il dözdüm, sonra dostlaşdıq”.

VİDEO