Roza Zərgərli: “6 saat yarım asılı qaldım… ” – VİDEO

Müğənni Roza Zərgərli illər əvvəl çəkdirdiyi klipindən danışıb. 

BAKU.WS xəbər verir ki, “Səhər mərkəzi” verilişinə dəvət olunan sənətçi türkiyəli həmkarı Ajda Pekkanın yeni klipinə də münasibət bildirib. Ekran işində 2 saat asılı qalan həmkarından danışan Zərgərli öz klipində də bu vəziyyəti yaşadığını bildirib.

“Rejissor Fuad Əlişova 20 min dollar pul verdim. “Mənimlə mənsiz” adlı mahnıya klip çəkirdik. Orada 6 saat yarım asılı qaldım. Klip 2010-cu ildə çəkilib. Mən o yaşda asılı qaldıqdan sonra bir həftə əziyyət çəkdim. Ajda Pekkanın 75 yaşı var. İndi bu yaşda onun necə olacağını təsəvvür edin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.