Şəhidin qardaşı qol vurdu, hərbi salam verdi

“Zirə”nin əvəzedici komandasında çıxış edən Vətən müharibəsi şəhidi İlqar Bürcəliyevin qardaşı Tamerlan Bürcəliyev “Neftçi”nin əvəzedicilərinə vurduğu qolu hərbi salamla qeyd edib.

BAKU.WS baku tv-yə istinadla xəbər verir ki, o, birinci divizionun 11-ci turunda keçirilən matçda komandasını hesabda önə keçirən qolu vurub.

Bürcəliyev fərqləndikdən sonra hərbi salam verərək qolunu qardaşına həsr etdiyinə işarə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.