Sahil Babayev: “600-ə yaxın işəgötürən 3 760-dən çox vakansiya elan edib”

“Avqust ayında elan olunan “Məşğulluq marafonu” çərçivəsində ölkə başçısının çağırışından sonra sahibkarlar bu proqrama qoşuldular. 600-ə yaxın işəgötürən 3 760-dən çox vakansiya elan edib”.

Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.

O bildirib ki, 1300-dək şəhid ailə üzvü və qazilər marafon çərçivəsində işlə təmin edilib:

“Paralel olaraq Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və qazilər tək məşğulluq marafonu ilə yox həm də özünəməşğulluq proqramları ilə əhatə olunublar.

6 000-dən çox ailə özünəməşğulluq, ictimai işlər proqramı və işədüzəltmə məqsədli proqramlara cəlb olunub.

Ümumilikdə 8 000-dən çox şəhid ailələri, müharibə əlilləri məşğul proqramları ilə təmin olunub və bu proses davam edəcək”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.