“YAŞAT” Fondunun xərclədiyi vəsaitin məbləği açıqlanıb

Bir il ərzində “YAŞAT” Fondu fəaliyyət istiqamətləri üzrə 49 milyon 497 min manat məbləğində vəsait xərcləyib.

BAKU.WS xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev fondun bir illik fəaliyyətinə dair mətbuat konfransında deyib.

O qeyd edib ki, bu çərçivədə 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 393 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 834 müraciəti icra olunub.

“Xərclənən vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 32 477 789.50 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri – 458 478.51 manat, İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanmas – 5 432 716.49 manat, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi – 11 128 461.65 manat olub”, – Ü.Mehdiyev deyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.