“3+3” formatının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək

Cənubi Qafqazda nizamlanma üzrə “3+3” platformasının ilk iclası cümə günü Moskvada keçiriləcək.  Görüşdə Türkiyəni xarici işlər nazirinin müavini Sedat Önal təmsil edəcək.

  • Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Cənubi Qafqazda davamlı sülh və sabitliyin təminatı üçün Türkiyə və Azərbaycan prezidentlərinin təklif etdikləri “3+3” formatında regional əməkdaşlıq platformasının ilk iclası dekabrın 10-da Moskvada olacaq”

məlumatda deyilir.

Görüş Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək.

Ötən gün Ermənistan görüşdə iştirakını təsdiqləyib, halbuki, əvvəllər bunu etmirdi. Eyni zamanda, rəsmi Yerevan şərt qoyur ki, Ermənistan-Azərbaycan münaqişəsinin mizamlanması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələsi bu formatda müzakirə edilməməlidir.

  • Bu barədə baş nazir Nikol Paşinyan bildirib.

Nə baş verir: “3+3” formulu Qafqazın üç ölkəsi və onların qonşuları – Rusiya, Türkiyə və İranın iştirakı ilə regional problemlərin müzakirəsi və həllini nəzərdə tutur.

Gürcüstan bu ideyaya mənfi münasibətini bildirib və bunu Rusiyanın Gürcüstana qarşı təcavüzü ilə əsaslandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.