6 il öncə Xəzərdə itkin düşmüş neftçinin cəsədi tapılıb
Bir neçə gün öncə Xəzər dənizində tapılan cəsədin kimliyi müəyyən edilib. O, estakada uçarkən itkin düşmüş neftçidir.
DNT analizi göstərib ki, cəsəd 4 dekabr 2015-ci ildə “Neft daşları” Neft-Qaz Çıxarma İdarəsinin 501 saylı platformasında baş vermiş qəza nəticəsində itkin düşmüş motorçu Bəhmən Cəfərova aiddir.
- Bu məlumatı Baş Prokurorluğun mətbuat xidmətində təsdiq ediblər.
Nə baş verib: 4 dekabr 2015-ci ildə fırtına zamanı “Neft Daşları” dəniz yatağında estakadada yaşayış köşkü uçmuşdu. Bəhmən Cəfərov içəridə olan üç nəfərdən biridir. 2016-cı ilin fevralında onlardan birinin, Cavad Xudaverdiyevin cəsədi tapılıb.