“Altılıq platforması”nın ilk iclasının vaxtı və məkanı məlum oldu

Dekabrın 10-da Rusiyanın paytaxtı Moskvada “altılıq platforması”nın (“3+3”) ilk iclası keçiriləcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumatı yayıb.

Bildirilib ki, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsi üçün Türkiyə və Azərbaycan prezidentləri tərəfindən irəli sürülən “3+3” formatındakı regional əməkdaşlıq platformasının ilk iclası 10 dekabr 2021-ci il tarixində Rusiya paytaxtında baş tutacaq.

İclasa Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri qatılacaq.

Məlumatda həmçinin qeyd olunur ki, Türkiyəni iclasda Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal təmsil edəcək.

Mənbə: Türkiyə Xarici İşlər Nazirliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.