Azərbaycan əsgəri Kəlbəcərdə şəhid olub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan hərbi qulluqçu Asif Əliyev şəhid olub.

  • Bu barədə  Müdafiə Nazirlyinin dekabrın 9-da yaydığı məlumatda deyilir.

Məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

“Baş verən növbəti gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”,

deyə məlumatda vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.