Azərbaycan dövləti Rövşən Hacıbəyliyə 1500 avro kompensasiya verəcək

Avropa İnsan Hüquqları Məhkəməsi ilk dəfə olaraq Azərbaycanda informasiya əldə edilməsi hüququnun pozulduğunu tanıyıb.

  • Bu barədə Turan-a “Media hüquqlarını müdafiə qrupu”nun rəhbəri, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan üzrə qərarlarının monitorinqini aparan Xalid Ağəliyev bildirib.

Onun sözlərinə görə, iş “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəylinin Səhiyyə Nazirliyinə və Nazirlər Kabinetinə qarşı iki şikayətinə aid olub.

Jurnalist müvafiq dövlət orqanlarından Qəbələ Radiolokasiya Stansiyasının ətraf mühitə təsiri barədə məlumat istəyib.

Ona məlumat verilməsindən imtina edilib, Hacıbəylinin yerli məhkəmələrə şikayətləri isə təmin edilməyib.

Ərizəçi Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (ifadə azadlığı) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələrinin pozulması məsələsini qaldırıb.

Şikayətlər 2012-2013-cü illərdə verilib.

Avropa İnsan Hüquqları Məhkəməsi informasiya əldə edilməsi hüququna zəmanət verən 10-cu maddənin (ifadə azadlığı) pozulduğunu və ərizəçiyə 1500 avro məbləğində kompensasiya verilməsini qərara alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.