Azərbaycanlı dünya çempionu İran çempionatının qalibi oldu

Azərbaycanın yunan-Roma güləşçisi, dünya və Avropa çempionu Eldəniz Əzizli növbəti dəfə İran çempionu olub.

Bu barədə Oxu.Az-a idmançının özü bildirib:

“Bu ildən çıxış etdiyim Mazandaranın “Faza” komandası ilə İran çempionatında mübarizə apardım. Mən 2 görüş keçirdim. Sonda komandamız turnirin qalibi oldu”.

O, Tehranda klublararası dünya çempionatının baş tutmamasını isə belə əsaslandırıb:

“Pandemiyaya görə dünya çempionatı bu dəfə baş tutmadı. Xarici ölkələrin komandaları İrana gəlmədi”.

Qeyd edək ki, Eldəniz Əzizli 2018 və 2019-cu illərdə də İran çempionu olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.