Daşaltı kəndində iki mülki şəxs həlak olub
Nə baş verib: Dekabrın 9-da səhər saatlarında Şuşa rayonunun Daşaltı kəndində bərpa işləri zamanı mina partlaması nəticəsində iki mülki şəxs həlak olub.
Rəsmi qurumlar nə deyir:
- Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə səhər saat 9:00-da baş verib. Xidməti vəzifələrin yerinə yetirilməsi zamanı İsmayıllı rayon sakini Vüsal Hacıyev və Qobustan rayon sakini Orxan Xanətov həlak olublar.
- Faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.
73 dinc sakin minaya düşüb
Noyabrın 30-da Azərbaycan Ərazlərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bildirib ki, 44 günlük müharibə başa çatdıqdan sonra azad edilmiş ərazilərdə 73 dinc sakin minaya düşüb, onlardan 24-ü həlak olub.