Ermənistanda hərbçi əsgər yoldaşını güllələdi
Ermənistan ordusunda silahlı insident qeydə alınıb.
Hərbi qulluqçu öz əsgər yoldaşına atəş açıb.
İnsident dekabrın 8-i gecə 23:50 radələrində şimal-şərq istiqamətindəki mövqedə qeydə alınıb.
Hadisə zamanı 2003-cü il təvəllüdlü Senik Saakyan yaralanıb.
Hərbçinin vəziyyətinin ağır olduğu bildirilib. Faktla bağlı araşdırma aparılır.