Kiyevdəki yarışda 21 kikboksçumuz iştirak edəcək – FOTO

Dekabr ayının 10-dan 12-dək Ukraynanın paytaxtı Kiyevdə kikboksinq üzrə klublararası “Wizard Open” beynəlxalq turniri keçiriləcək.

Oxu.Az xəbər verir ki, yarışda Azərbaycan Kikboksinq Federasiyası 21 idmançı ilə təmsil olunacaq.

“Low kick”: Ələddin Nəsibov, Rəvan Abdullazadə, Mirhəsən İbrahimov (hər üçü “Orion”), Elşad Şahbazov, Qəşəm Məmmədov, Sinan Hüseynquliyev, Elcan Əlkişiyev, Vüsal Kazımov (“Sərhədçi”), Amin Quliyev, Elvin Məmmədov (“ZV Fight”), Emil Hümbətov, Rafiq Babazadə, Xəyal Dadaşov, Hüseyn Hacıyev, Elməddin Baxşəliyev (“Dinamo”).

“Kick light”: Renat Qiyaslı (“ZV Fight”).

K-1: Məhəmməd İmanov, Xəyal Astanov, Elnur Mustafayev (“Dinamo”).

“Full Contact”: Əli Cəfərov, Amil Məmmədov (“Dinamo”).

Qeyd edək ki, komanda Kiyevə məşqçilər – Fuad Zeynalov (“Sərhədçi”), Hikmət Hacıyev (DİN İdman Cəmiyyəti), Eduard Məmmədov (“ZV Fight”) və Müşviq Hüseynlinin (“Orion”) rəhbərliyi altında yollanıb.

Yarışda Azərbaycan və meydan sahibi Ukraynadan başqa, Rumıniya, İsrail, Gürcüstan, Polşa, Özbəkistan, Türkiyə, Belarus, Yunanıstan və Ermənistan kimi dövlətlərin idmançıları mübarizə aparacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.