“Media haqqında” qanun layihəsi Milli Məclisə daxil olub
“Media haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.
Pravda.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, layihənin ilkin variantı sabah – dekabrın 10-da parlamentin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq.