Nazilədən Ağakərimin oğluna: “Şübhələnməyə haqqım var”

Şairə Nazilə Səfərli ilə meyxanaçı Ağakərimin oğlu Kamil Novruz arasındakı qalmaqal bitmək bilmir.

BAKU.WS xəbər verir ki, “Dünya Tv” kanalına dəvət olunan şairə Kamilin onu polisə şikayət etməsindən danışıb. Səfərli Kamili təhqir edərək işlətdiyi “Səy gədə” ifadəsini ona ünvanlamadığını bildirib:

“Səy gədə” adında adam tanıyırsınız? Niyə özünə götürür bu sözü? Mən orada heç bir ad çəkməmişəm. Sözü kim götürər? Söz yiyəsi… Onun qızı, oğlu, həyat yoldaşı kimdir, mənə aidiyyəti yoxdur. İxtiyarı özündə olmayan bir insandan şübhələnməyə haqqım var. Heç kəsin ailəsinə burun soxmaq fikrində olmamışam.

Bir az pul götürdüm, dedim, gedib xəstəni ziyarət edim. Ora getməzdən 3 gün əvvəl Ağamirzə Ağakərimin yanında olub. Həmin vaxt Ağakərimin saqqalı uzun, adyalı çirkli, döşəyində isə üzlük yox idi. 2 gün sonra Zaur gələndə isə artıq yataq təmiz idi. Mən bunu istəyirdim. İstəyirsiniz, inanın, istəyirisiniz, inanmayın.

Nifrətiniz də, sevginiz də vecimə deyil. Allah bilir ki, niyyətim təmizdir. Nə edəcəksiniz? Vəzifəmi əlimdən alacaqsınız? Bir qələmim var, onu məndən kim ala bilər? Allah bilir ki, mən o kişinin yataq dəstini təmiz görüb xoşbəxt oldum”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.