Amerikalı pop müğənni Skayler Hiks ölü tapılıb – FOTO/VİDEO

Amerikalı pop müğənni Skayler Hiks Cənubi Karolinada dostunun evində ölü tapılıb.

23 yaşlı ifaçının yaxınları onun ölümünü sosial şəbəkələrdə təsdiqləyiblər.

Artistin anası Codi Hiksin dediyinə görə, qızı depressiya və psixi qeyri-sabitlikdən əziyyət çəkirmiş, həmçinin psixoaktiv maddələrdən sui-istifadə edib.

KİV-də yayılan məlumata görə 2017 və 2018-ci illərdə gənc ifaçı sərxoş halda ailə üzvlərinə, o cümlədən öz nənəsinə hücum etdiyi üçün həbs edilib.

Tez-tez müğənni Selena Qomez ilə müqayisə olunan Hiks on dörd yaşında Amerikanın “America’s Got Talent” televiziya şousunda şöhrət qazanıb.

 

Mənbə: Deadline

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.