Uzun illərdir Türkiyədə fəaliyyət göstərən müğənni Günel Zeynalova bu dəfə libası ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, Bakıda keçirilən toylardan birində iştirak edən sənətçi qara rəngli libası ilə xeyli diqqət çəkib.

Günel məclisdən olan görüntülərini sosial şəbəkə hesabında yayımlayıb. Onun dərin yarıqlı və dekolteli geyimi sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə obyektinə çevrilib.

Qeyd edək ki, sənətçinin geyimini onun şəxsi dərzisi hazırlayıb.

BAKU.WS

VİDEO