“Qarabağ” klubu UEFA bayrağı altında çıxış etdiyi növbəti qarşılaşmada hakim ədalətsizliyi ilə qarşılaşıb.

BAKU.WS xəbər verir ki, təmsilçimiz bu dəfə İsveçrədə “Bazel”ə qarşı keçirdiyi UEFA Konfrans Liqasının qrup oyununda haqsızlığa məruz qalan tərəf olub.

Matçın 2-ci dəqiqəsində İbrahima Vadjinin ötürməsindən sonra Abdullah Zubir topu qapıdan keçirsə də, görüşün baş hakimi qolu saymayıb. Oyunu idarə edən xorvatiyalı baş hakim Fran Yoviçin ədalətsiz qərarı bütün futbol ictimaiyyətinin təəccübünə səbəb olub.

“Qarabağ” klubuna qarşı növbəti ədalətsiz qərarın müəllifi Fran Yoviçin bunu hansı məqsədlə etdiyi sual doğurur. Görəsən, xorvat hakim bunu məqsədli şəkildə və ya təcrübəsizliyindən edib.

Fran Yoviçin bundan əvvəlki idarə etdiyi oyunlara diqqət yetirdik və statistikasını üzə çıxardıq. Belə ki, xorvatiyalı hakim buna qədər Avropa Liqasında “Reyndcers” – “Brondbyu” qarşılaşmasını idarə edib. Karyerası rəzində 100 qarşılamaya çıxan F.Yoviç 510 sarı və 35 qırımızı vərəqə göstərib.

Hakimin idarə etdiyi son 10 qarşılaşma bunlar olub

BAKU.WS

VİDEO