“SpaceX” NASA üçün orbitə rəsədxana yolladı – FOTO/VİDEO

Bu gün “Falcon 9” daşıyıcı aparatının ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA)  “Imaging X-ray Polarimetry Explorer” (IXPE) kosmik laboratoriyası ilə birlikdə buraxılışı baş tutub.

Bu barədə Amerikanın “SpaceX” şirkəti “Twitter” səhifəsində məlumat yayıb.

Buraxılış ABŞ-ın şərq sahilində Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdan həyata keçirilib.

IXPE – atış çəkisi 325 kq olan rəsədxanadır. O, üç eyni teleskopla təchiz olunub. Onun funksiyalarından biri rentgen mənbələrini izləməkdir. Əldə edilən məlumatlar mütəxəssislərə neytron ulduzlar və digər kosmik obyektlərdə maqnit sahələri haqqında biliklərini genişləndirməyə imkan verəcək. Missiyanın dəyərinin 188 milyon dollar (təqribən 320 milyon manat) olacağı güman edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.