Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində Ulu Öndərin büstünü ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirlib, həmçinin Ulu Öndərin həyat və fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söz açıb. Qeyd edib ki, Heydər Əliyevin Azərbaycan tarixindəki yeri ölkəmizin qısa müddətdə qazandığı mühüm nailiyyətlərin miqyası qədər böyükdür. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Qələbə də Ulu Öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə apardığı məqsədyönlü siyasətin nəticəsi idi. Bu qələbə Heydər Əliyev irsinin böyüklüyünü bir daha nümayiş etdirdi. Bu gün Azərbaycan dünyada qalib dövlət kimi tanınır. Heydər Əliyevin vəsiyyəti Dağlıq Qarabağın, Şuşanın yenidən öz sahibinə qaytarılması idi. Bu vəsiyyəti onun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev reallaşdırdı. Rektor bildirib ki, müasir gənclik Ulu Öndərin siyasi irsini öyrənməli və gələcək nəsillərə ötürməlidir.

Daha sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri, millət vəkili Hicran Hüseynova, ictimai-siyasi xadim, professor Şahlar Əsgərov, AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, professor Cəbi Bəhramov Ümummilli Lider Heyər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından danışıblar. Qeyd olunub ki, müstəqil Azərbaycan var olduqca Ulu Öndərin irsi ürəklərdə əbədi yaşayacaq və o hər zaman dahi şəxsiyyət kimi xatırlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.