Azərbaycanda hamamlar yenidən fəaliyyət göstərəcəklər

Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması tədbirləri çərçivəsində dekabrın 13-dən hamamların fəaliyyəti bərpa ediləcək. Müvafiq qərar Nazirlər Kabineti tərəfindən qəbul edilib.

Hansı şərtlərlə: Hamama girişə icazə yalnız 18 yaşdan yuxarı vətəndaşlara COVİD-19-a qarşı vaksinin iki dozasının vurulması, immunitet və ya əks-göstəriş barədə sertifikatların təqdim edilməsi şərtilə veriləcək.

Nə baş verib: Koronavirus pandemiyası ilə mübarizə üçün xüsusi karantin rejiminin tətbiqilə əlaqədar Azərbaycanda hamamların fəaliyyəti 2020-ci ilin martında dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.