Yeni il gecəsi restoranlar saat ikiyə qədər işləyəcək
Azərbaycanda yeni il gecəsi ictimai iaşə obyektlərinə saat 00:00-dan 1 yanvar 2022-ci il saat 02:00-dək işləməyə icazə verilib. Bu barədə Nazirlər Kabinetinin xüsusi karantin rejimi çərçivəsində ictimai iaşə obyektlərinin fəaliyyətilə bağlı qərarında deyilir.
Hansı şərtlərlə:
- Restoran və kafelərdə yeni il tədbirlərində qonaqların ümumi sayı 150 nəfərdən çox olmamalıdır və hər bir zalda otağın sahəsi nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
- 150-ə qədər qonağın iştirakı ilə keçirilən tədbirlərdə 18 yaşdan yuxarı bütün şəxslər COVİD-19-a qarşı vaksinin iki dozasının vurulması, yaxud immunitet və əks-göstəriş barədə sertifikatlara malik olmalıdırlar.
- Xidmət personalı (musiqiçilər istisna olmaqla) üçün tibbi maskaların, əlcəklərin və digər fərdi qorunma vasitələrinin olması mütləqdir.
- Tədbirin keçirildiyi yerin sahibi tədbirə minimum 5 gün qalmış icaze.e-gov.az portalında zallar, onların tutumu və xidmət personalı barədə məlumat verməlidir.