Ermənistanda yüksək rütbəli zabitlər həbs olundu

Ermənistanın Mərkəzi Hərbi Prokurorluğunda fırıldaqçılıq və mənimsə faktları ilə bağlı cinayət işi başlanılıb. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, cinayət işi çərçivəsində 4 zabit saxlanılıb. Onlardan 2-si həbs olunub.

İstintaq materiallarına əsasən, hərbi hissələrin birinin komandirinin maddi-texniki təminat üzrə müavini polkovnik A.K bu ilin iyul ayında həmin bölmənin geyim xidmətinin rəisi polkovnik-leytenant T.P. ilə əlbir olaraq orduya məxsus 6 çadırı mənimsəyib, sənədləşmədə isə çadırların 44 günlük müharibə zamanı itdiyini bildirib. Çadırların ümumi dəyəri təqribən 13,5 min dollar təşkil edib.

Daha sonra sözügedən şəxslər digər zabitlər ilə əlbir olaraq mənimsənilən çadırları ölkənin Müdafiə Nazirliyinə satmaq qərarına gəliblər. Onlar cinayət törətməkdə şübhəli bilinərək saxlanılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.