Saleh Rüstəmli quru aclığa keçib

Fəal Saleh Rüstəmli aclıq aksiyasının 38-ci günündə sudan da imtina edib. Bu barədə bazar ertəsi onun vəkili Bəhruz Bayramov bildirib.

Dekabrın 13-də o, Penitensiar Xidmətin müalicə müəssisəsində Rüstəmliyə baş çəkib.

Vəkilin sözlərinə görə, Rüstəmliylə ünsiyyət 3-4 dəqiqə davam edib.

“Saleh mənə dedi ki, artıq ağrılara dözə bilmir və əziyyətə son qoymaq üçün quru aclığa keçir”,

– vəkil deyib.

O, Rüstəmlinin həyatına görə narahatlığını bildirib, çünki quru aclıq komaya səbəb olacaq.

“Mən təkidlə xahiş etdim ki, sudan imtina etməsin, amma onun qərarı qətidir və quru aclığa başlayıb”,

– vəkil deyib.

AXCP nə deyir: Siyasi məhbus Saleh Rüstəmli qanunsuz olaraq saxta ittihamlarla 7 il müddətinə azadlıqdan məhrum olunmasına etiraz edərək aclıq edir.

Hakimiyyət beynəlxalq və yerli ictimaiyyətin onu azad etmək tələbinə məhəl qoymur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.