“Əlindəki telefonu alıb baxdım, amma qəbul etmədim”

Bakı Ağır Cinayətlər Məhkəməsində bloqer Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun məlumatına görə, iclasda məlum olub ki, haqqında məcburi məhkəməyə gətirilməsi barədə qərar qəbul olunan Ziya Məmmədov iTicket.az saytının rəhbəridir. Z.Məmmədov bu dəfə də məhkəməyə gəlməyib. A.Abdullayev və vəkili buna etiraz edib.

A.Abdullayev buna etiraz edərək deyib ki, Ziya Məmmədovun ofisi də məhkəmənin yanındadır:

“Məhkəməyə gəlsəydi, sualları cavablandıra bilərdi. Zərərçəkmiş şəxslərdən pul istəməmişəm. Ziya ilə görüşəndə gördüm ki, əlində qatlanan “Samsung” telefonu var, alıb baxdım, qəşəng telefon olduğunu dedim. Əlindəki telefonu mənə vermək istəsə də, qəbul etmədim. Həmin vaxt əlimdəki telefonun ekranının sınıq olduğunu gördü. Bir neçə gün sonra telefon alıb göndərdi. Allaha and olsun ki, mən bu adamlardan heç nə almamışam.

Mən nədə günahkar olduğumu bilirəm, buna görə də üzr istəmişəm, 10 dəfə də istəməyə hazıram.”

Məhkəmədə zərərçəkmiş qismində tanınan Elmar Əliyev mülki iddia qaldıraraq ona dəymiş ziyanın ödənilməsini tələb edib.

Növbəti proses dekabrın 21-ə təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.