Azərbaycanda terrorçuluqda ittiham olunan iki erməninin işi üzrə məhkəmə başlayır

Çərşənbə axşamı Ağır Cinayətlər Məhkəməsində terrorçuluqda ittiham olunan iki Ermənistan vətəndaşının işi üzrə hazırlıq iclası keçirilib.

Prosesə Elmin Rüstəm sədrlik edir. İşxan Sarkisyan və Vladimir Rafaelyan odlu silahdan istifadə ilə terrorçuluq törətməkdə ittiham olunurlar.

Bu şəxslərin nə vaxt və harada saxlanıldıqları və konkret olaraq hansı əməli törətdikləri açıqlanmır. Onların İkinci Qarabağ müharibəsi zamanı saxlanıldığı məlumdur.

İndiyədək Azərbaycanda 2020-ci il müharibəsi zamanı ələ keçirilmiş onlarla Ermənistan hərbiçisi mühakimə olunub. Onlar hamısı müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər. Sonradan məhbusların bir hissəsi minalanmış sahələrin xəritələri müqabilində Ermənistana təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.