Şuşa və Ağdam şəhərlərinə avtobus reysləri açılır

Yanvarın 15-dən Bakı şəhərindən, Füzuli rayonunun Əhmədbəyli kəndindən (Zəfər Yolu ilə) və Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə, eləcə də Bakıdan Ağdam şəhərinə müntəzəm avtobus marşrut xətləri açılacaq.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Agentlik bu məqsədlə daşıyıcıların seçilməsi üçün açıq müsabiqə elan edib.

“Müsabiqədə iştirak haqqı 50 manatdır. İddiaçılar dekabrın 27-nə qədər ərizə ilə quruma müraciət etməli, yanvarın 6-na qədər isə əsas sənədləri, o cümlədən balanslarında olan nəqliyyat vasitələri barədə məlumatları təqdim etməlidirlər. Daşıyıcılar seçilərkən rahat, ekoloji cəhətdən təmiz avtobusları olanlara üstünlük veriləcək. İlkin mərhələdə Qarabağa reyslər həftədə 2 dəfə olacaq. Əgər daşımalar rentabelli olarsa, reyslərin sayı artırıla bilər”,

deyə AYNA bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.