İkinci Əliyev-Paşinyan görüşü Fransa prezidentinin vasitəçiliyi ilə keçirilib
Dekabrın 15-də axşam Brüsseldə Fransa prezidentinin vasitəçiliyi ilə İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla daha bir görüşü keçirilib.
Bundan əvvəl Makron Paşinyanla ayrılıqda görüşüb, görüşdən sonra belə bir tvit yazıb:
“Biz erməniləri heç vaxt tək qoymayacağıq. Həmişə möhkəm sülhün bərqərar olması üçün həllər axtaracağıq. Qarşıdan gələn bayramların sakitlik və humanitar sahədə nailiyyətlər dövrü olmasına çağırıram”.
Hələlik tərəflərdən heç biri Makron-Əliyev-Paşinyan üçtərəfli görüşünün təfərrüatı barədə məlumat yaymayıb. Amma aydındır ki, müharibənin nəticələrinin aradan qaldırılması və vəziyyətin sülh yolu ilə həllinin axtarışı məsələləri müzakirə olunub.
Nə baş verib: Bir gün əvvəl Brüsseldə Avropa Şurasının rəhbəri Şarl Mişel də buna bənzər görüş təşkil etmişdi.