Qırmızı Xaç həkimləri Saleh Rüstəmlini müayinə ediblər

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin həkimləri  müalicə müəssisəsində saxlanılan siyasi məhbus Saleh Rüstəmlini müayinə ediblər.

  • Bu barədə Turan-a vəkil Bəhruz Bayramov bildirib.

« Qırmızı Xaç həkmləri bildiriblər ki, uzunmüddətli aclıq ciddi fəsadlar verib və Saleh Rüstəmliyə aylarla normal şəraitdə müalicə lazımdır. Amma elə fəsadlar da var ki, artıq müalicə mümkünsüzdür”,

– Bayramov deyib.

Vəkilin sözlərinə görə, Rüstəmli çox zəifdir və otaqdan çıxa bilməyib. “Telefonla danışdıq, müəyyən müalicə alır”, – vəkil deyib.

Nə baş verib: Saleh Rüstəmli əsassız cinayət təqibinin dayandırılması və həbsdən azad edilməsi tələbilə noyabrın 6-dan aclıq edib. O, doğmalarının və siyasi həmfikirlərinin israrlı xahişindən sonra 41-ci sutkada alcığı dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.