Bir sıra büdcə təşkilatları işçilərinin əməkhaqqı artırılıb

2022-ci il yanvarın 1-dən dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılacaq.

Gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz, iziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 30 faiz artırılıb.

  • Bu tədbirlər Azərbaycan prezidenti İlham Əliyevin bugünkü sərəncamı ilə nəzərdə tutulub.

Bundan əlavə, yanvarın 1-dən dövlət büdcəsindən maliyyələşən bir sıra elm və təhsil mərkəzlərinin, fondların, komissiyaların işçilərinin aylıq əməkhaqqı orta hesabla 20 faiz artırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.