Prokurorluq Oqtay Gülalıyevin işində həkimlərin əməllərində cinayət elementi tapmayıb

Prokurorluq cinayət tərkibi olmadığı üçün hüquq müdafiəçisi Oqtay Gülalıyevə tibbi yardım göstərilməsi haqqında iş üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanası və Baku City Hospital tibb müəssisələrinin həkimlərinə qarşı cinayət işi açmaqdan imtina edib.

Baş Prokurorluqdan Turan Agentliyinə verilən məlumata görə, iş 2021-ci il yanvarın 25-də əlavə istintaqa göndərilib və apreldə bağlanıb. Cinayət işi açılmasından imtinaya xüsusi tibbi ekspertizanın rəyi əsas olub.

Prokurorluğun cinayət işi açmaqdan imtina qərarı poçtla Oqtay Gülalıyevin ailəsinin qeydiyyatda olduğu ünvana göndərilib. Ailənin istintaqın qərarını almadığı barədə məlumata cavab olaraq Baş Prokurorluqdan bildiriblər ki, qərar yenidən poçtla ailəyə göndəriləcək.

Nə baş verib: Baş Prokurorluq Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin baş prokuror Kamran Əliyevin adına məktubundan sonra açıqlama verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.