Helikopter qəzasının səbəbi məlum oldu – Rəsmi

“Təlim günü küləyin sürəti, hava məlumatları öyrənilib. İstintaq sənədləri də göstərir ki, həmin gün ərazidə küləyin sürəti saniyədə 16-17 metr təşkil edib”.

  • Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, “Qaraheybət” poliqonundakı helikopter qəzasının İstintaq qrupunun rəhbəri Sənan Paşayev deyib.

O bildirib ki, helikopter səhv axında eniş edərkən qəzaya uğrayıb:

“Sadəcə pilotlar küləyə qarşı eniş etməli idilər. Amma pilotlar küləyin axını istiqamətində enmə əməliyyatı etdikləri üçün qəza baş verib. Enmə əməliyyatı əks istiqamətdə olsa idi, qəza baş verməyəcəkdi”.

Nə baş verib: DSX-nin Mi-17 tipli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb və nəticədə 14 hərbi qulluqçumuz şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.