Astarada meşə ərazisində yanğın başlayıb

Bu gün, dekabrın 20-si səhər saatlarından Astara rayonunun Diqo kəndi yaxınlığında dağ-meşə ərazisində yanğın başlayıb.

  • Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, qeyd olunan ərazidə təqribən 20 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir və yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.

Bu barədə əlavə məlumat veriləcəyi bildirlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.