1700-ə yaxın uşaq bağçası Təhsil Nazirliyinin tabeliyinə qaytarılıb
Azərbaycanda 1825 uşaq bağçası fəaliyyət göstərir ki, onların 1692-i dövlətə məxsusdur. Bu barədə təhsil naziri Emin Abdullayev bugünkü brifinqdə bildirib.
Onun sözlərinə görə, dövlət məktəbəqədər müəssisələrində 126 min uşaq tərbiyə alır. Bununla yanaşı, 133 özəl uşaq bağçasında 5 124 uşaq var. 2021-ci ilin əvvəlinə olan məlumata görə, məktəbəqədər müəssisələrdə 17 218 əməkdaş çalışır.
Nə baş verib: Dekabrın 19-da prezident İlham Əliyev dövlət uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsi barədə sərəncam imzalayıb.