Ata Abdullayev 9 il həbsdə olacaq?

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə qalmaqallı videobloger Ata Abdullayevin işi üzrə məhkəmə prosesi başa çatır.

Bu gün prokuror hədə-qorxu yolu ilə tələb etməkdə ittiham olunan Abdullayevin 9 il azadlıqdan məhrum edilməsini təklif edib.

Müttəhimin vəkili çıxışa hazır olmadığını bildirib və hakim növbəti iclası dekabrın 28-nə təyin edib.

Nədə ittiham olunur: Abdullayev məmurları və sahibkarları sosial şəbəkələrdə onları nüfuzdan salacaq materialların dərcilə hədələyərək pul tələb edib.

Ata Abdullayev kimdir: müxalifətçi siyasətçilərə və hakimiyyətin digər tənqidçilərinə qarşı təxribatların icraçısı kimi tanınır. O, müntəzəm olaraq müxalifətçiləri təhqir edib, qalmaqallar yaradıb. Belə təxribatlardan birinin nəticəsi olaraq iki il bundan öncə müxalifətyönlü jurnalist Təzəxan Mirələmli islah işlərinə məhkum edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.