MN: Yolu azaraq Ermənistan tərəfə keçən iki hərbçi geri qaytarılıb

Dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Aparılmış danışıqlar nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlunun  və əsgər Mustafayev Murad Mikayıl oğlunun  bu gün geri qaytarılması təmin olunmuşdur.

  • Bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

Nə baş verib: Dekabrın 19-da günün ikinci yarısında ermənilərin bir sıra teleqram kanalı iki Azərbaycan hərbiçisinin əsir götürüldüyü haqqında məlumat yayıb. Ermənistan tərəfin iddiasına görə, bu, Kəlbəcər-Cermuk sərhədində baş verib.

Elə həmin mənbələr saxlanılan şəxslərin fotoşəkillərini dərc ediblər, onlardan birinin kapitan olduğunu iddia edirlər. Onların adları açıqlanmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.