Sabunçu rayon polis idarəsinin keçmiş rəisi həbs olunub

Avtomobilə odlu silahdan atəş açan keçmiş polis rəisi Rza Hacıyev həbs edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu Rayon Məhkəməsində Hacıyev barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib.

DİN nə deyir: Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə dekabrın 16-da saat 23 radələrində Pirşağı qəsəbə sakini Hacıyevin münaqişə zəminində Şirzad Quliyevin idarə etdiyi avtomobilə atəş açması və hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Keçirilən əməliyyat nəticəsində Hacıyev saxalnılıb və “AKMS” markalı avtomat silah, 2 ədəd patron və 1ədəd patron darağı götürülüb.

Rza Hacıyev kimdir: Bakının Sabunçu və Neftçala rayonlarının polis rəisi olub, hazırda təqaüddədir. O, Milli Qəhərəman Əlif Hacıyevin qardaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.