Sinoptiklər Bakıda qar yağacağını proqnozlaşdırırlar

Sinoptiklər Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyini proqnozlaşdırırlar.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya xidmətinin məlumatına görə, dekabrın 22-dən 25-dək Bakıda və Abşeronda yağıntı gözlənilir. Dekabrın 23-də və 24-də bəzi yerlərdə sulu qar və qar yağacaq.

Dekabrın 23-də şimal-qərb küləyinin sürəti saniyədə 15-18 metr, bəzən isə 20-23 metrə çatacaq.

  • Əvvəlki günlərlə müqayisədə havanın temperaturu 5-8 dərəcə enəcək.
  • Ölkənin bir sıra rayonlarında da yağıntı gözlənilir.
  • Dağlıq və dağətəyi ərazilərdə yollar buz bağlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.