Sinoptiklər qarın güclənəcəyini proqnozlaşdırırlar

Dekabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda deyilir,

Havanın temperaturu gecə 2 dərəcə  şaxtaya enəcək, gündüz müsbət 3+5 dərəcə olacaq.

Azərbaycanın rayonlarında hava bəzi yerlərdə arabir yağıntılı olacaq, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın temperaturu gecə 4 dərəcə şaxta,   gündüz müsbət 3+7, dağlarda gecə 8-13 dərəcə,  gündüz 2-7 dərəcə şaxta olacaq.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.